Dünya

Qrenlandiya ABŞ-yə ilhaq edilməkdən necə yayına bilər? - "Ukrayna nümunəsi" üzrə variant

15 Jan 2026, 00:00 1 baxış
Qrenlandiya ABŞ-yə ilhaq edilməkdən necə yayına bilər? - "Ukrayna nümunəsi" üzrə variant
Qrenlandiya üçün ABŞ ilə münaqişədən mümkün "çıxış yolu" ABŞ Prezidenti Donald Trampla "Ukrayna nümunəsi" üzrə faydalı qazıntıların çıxarılması ilə bağlı müqavilə ola bilər ki, bu müqavilə çərçivəsində ABŞ təhlükəsizlik zəmanətləri müqabilində adanın nadir torpaq elementlərinə çıxış əldə edəcək. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat verib. "Belə bir razılaşma Trampa ilhaq olmadan qələbə elan etməyə və diqqətini geosiyasətdən kommersiya uğuruna yönəltməyə imkan verərdi", - deyə nəşr yazır. Agentlik qeyd edib ki, Qrenlandiya və Danimarka, deyəsən, "nə qədər pul təklif olunmasından asılı olmayaraq", adanın ABŞ-yə satılmasının nəzərdən keçirilməsini istisna ediblər. Agentlik yazıb ki, yanvarın 14-də Ağ Evdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Dövlət katibi Marko Rubio ilə görüşdə Qrenlandiya və Danimarkadan olan yüksəkvəzifəli diplomatlar "ABŞ-lilərin əsl niyyətlərini müəyyən etməyə" və Tramp Administrasiyasını Qrenlandiyaya iddialarından imtina etməyə inandırmağa çalışacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər