Cəmiyyət

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

14 Jan 2026, 22:09 2 baxış
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər.


Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet əl-Hacını təhvil verib və əslində onların dəyişdirildiyini təsdiqləyib.


Qeyd edək ki, Azərbaycan bu gün 4 erməni məhbusu - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Euljekyan Vigen Abrahamı Ermənistana təhvil verib.

Mənbə axar.az

Oxşar Xəbərlər