Dünya

KİV: ABŞ Dövlət Departamenti 75 ölkə vətəndaşları üçün vizaların emalını dayandırır

14 Jan 2026, 21:48 1 baxış
KİV: ABŞ Dövlət Departamenti 75 ölkə vətəndaşları üçün vizaların emalını dayandırır
ABŞ Dövlət Departamenti "dövlət büdcəsi üçün yükə çevrilə biləcək" müraciətçilərlə mübarizə çərçivəsində 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin emalını dayandırır. Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı qurumun xidməti qeydinə istinadən məlumat yayıb. "Fox News"un əldə etdiyi daxili sənədə əsasən, konsulluq işçilərinə göstəriş verilib ki, Dövlət Departamenti yoxlama və baxış prosedurlarını yenidən qiymətləndirənədək mövcud qanunvericilik əsasında vizaların verilməsindən imtina etsinlər. Məhdudiyyətlərin tətbiq olunduğu ölkələrin siyahısına Rusiya, Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və digər dövlətlər daxildir. Müraciətlərin emalı yanvarın 21-dən dayandırılacaq. Qurum viza verilməsi qaydalarına yenidən baxana qədər bu fasilə "qeyri-müəyyən müddətə" davam edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər