Dünya

ABŞ hərbi bazalarından şəxsi heyəti təxliyə edir

14 Jan 2026, 20:48 1 baxış
ABŞ hərbi bazalarından şəxsi heyəti təxliyə edir
ABŞ regional gərginliyin artması fonunda ehtiyat tədbiri olaraq bölgədə yerləşən əsas hərbi bazalardan şəxsi heyəti geri çəkir. Oxu.Az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi "Reuters" agentliyinə məlumat verib. Məlumata görə, bu qərar İran rəsmisinin "Reuters"ə verdiyi açıqlamadan sonra qəbul edilib. Qeyd edək ki, rəsmi Tehran ABŞ qoşunlarının yerləşdiyi qonşu ölkələrə xəbərdarlıq edərək bildirib ki, Vaşinqton hücuma keçərsə, ABŞ hərbi bazaları hədəfə alınacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər