Dünya

İsrailin hökumət təyyarəsi İranla gərginlik fonunda Yunanıstana uçub

14 Jan 2026, 19:36 1 baxış
İsrailin hökumət təyyarəsi İranla gərginlik fonunda Yunanıstana uçub
İsrailin "Sion qanadı" adlanan ölkənin əsas hökumət təyyarəsi İranla mümkün hərbi eskalasiya fonunda yanvarın 14-də Yunanıstanın Krit adasına uçub. Oxu.Az xəbər verir ki, bu, "Flightradar24" uçuş izləmə servisinin məlumatlarından aydın olur. Servisin məlumatına əsasən, təyyarə İsrailin Beer-Şeva hava limanından havaya qalxıb və İraklion şəhərinə eniş edib. Uçuşun 1 saat 47 dəqiqə davam etdiyi bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər