Dünya

ABŞ-nin Yaxın Şərqdəki hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

13 Jan 2026, 19:30 1 baxış
ABŞ-nin Yaxın Şərqdəki hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
ABŞ-nin Yaxın Şərqdəki hərbi bazaları İranda cərəyan edən proseslərlə əlaqədar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb. Məlumata görə, regiondakı ABŞ bazalarında yerləşən 40 mindən çox əsgər qarşıdakı həftələrdə baş verə biləcək hücum və cavab tədbirlərinə hazırdır. Qeyd olunur ki, ABŞ SEPAH-a qarşı kiberhücumlar və "Starlink" terminallarının İrana daxil olması kimi alternativ əməliyyat variantlarını da nəzərdən keçirir. Son günlərdə ABŞ Hərbi Hava Qüvvələrinin İran ətrafında fəaliyyəti artırılıb. Belə ki, yanvarın 11-də Qətərdəki Əl-Udeydə bazasından "Stratotanker" təyyarələri İraq üzərində 6-9 saatlıq uçuş həyata keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər