Cəmiyyət
Vətən müharibəsinin 24 iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib
"Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş altı müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanan 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib". Oxu.Az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib. O bildirib ki, bu gün burada qulluğa qəbul olan gənclərdən biri Vətən müharibəsinin, biri isə Azərbaycanın suverenliyinin bərpası uğrunda 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi regionunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatlarının iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında xidmətlərini davam etdirəcəklər: "2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanan 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan iki nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, altı nəfəri 2022-ci ildə, üç nəfəri 2023-cü ildə, iki nəfəri 2024-cü ildə, bir nəfəri isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb".
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər