Cəmiyyət

Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR

13 Jan 2026, 13:54 2 baxış
Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR
Son günlər Şamaxı rayonunun Dağ Göylər və Çöl Göylər kəndlərini birləşdirən avtomobil yolunun təhlükəli olması ilə bağlı sürücülər öz narahatlıqlarını bildirirlər. Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fikirlərdə sürücülər sözügedən yolda dəfələrlə çətin vəziyyətə düşdüklərini vurğulayıblar. "Xüsusən də havanın dumanlı və yağıntılı vaxtında yol çox təhlükəli olur. Belə havada qəza baş verərsə, ölüm riski qaçılmaz olar", - deyə sürücülərdən biri qeyd edib. Oxu.Az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Dağ Göylər və Çöl Göylər kəndlərini birləşdirən avtomobil yolu mütəmadi olaraq nəzarətdə saxlanılır.
"Yol boyu nəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə cari təmir işləri həyata keçirilir. Eyni zamanda, hərəkət təhlükəsizliyinin təmin olunması üçün yol boyunca müvafiq yol nişanları və siqnal dirəkləri quraşdırılıb. Əlavə təhlükəsizlik tədbirlərinin görülməsinin zəruriliyi ilə bağlı avtomobil yolunda əlavə monitorinqlərin aparılması nəzərdə tutulur. Sürücülərdən xahiş edirik ki, sözügedən avtomobil yolu ilə hərəkət zamanı diqqətli olsunlar, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə ciddi əməl etsinlər", - deyə A.Nəcəfli bildirib. Əzizə İsmayılova
Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR
Mənbə oxu.az

Oxşar Xəbərlər