Cəmiyyət

Sabah Bakıya sulu qar yağacaq, güclü külək əsəcək - 14.01.2026

13 Jan 2026, 12:36 2 baxış
Sabah Bakıya sulu qar yağacaq, güclü külək əsəcək - 14.01.2026
Azərbaycanda yanvarın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər