Cəmiyyət
20 Yanvar faciəsinin 36-cı ildönümü: Şəhidlər xiyabanında hazırlıq işlərinə başlanıldı
"Hər il olduğu kimi bu il də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 20 Yanvar hadisələrinin 36-cı ildönümünə hazırlıq işləri başlanılıb". Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.
O bildirib ki, bu məqsədlə Şəhidlər xiyabanında müxtəlif güllərdən ibarət kompozisiya yaradılır: "Bununla bağlı əraziyə landşaft-dizaynerlər cəlb edilib, ərazi təmizlənib, yeni qazon örtüyü salınıb, zədələnmiş plitələr dəyişdirilib. Bununla yanaşı, xiyabandakı məşəl ətrafında təmir işləri aparılıb".
Samir Əli

Mənbə
oxu.az
Oxşar Xəbərlər