Cəmiyyət
Sükan arxasında ikiqat qayda pozuntusu: Avtobus sürücüsü CƏZALANDIRILACAQ
Yanvarın 9-da paytaxtda fəaliyyət göstərən 113 nömrəli marşrut avtobusunda həm siqaret çəkən, həm də telefonla danışan sürücü ilə bağlı daşıyıcı şirkətə xəbərdarlıq edilib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) açıqlama verilib. Məlumatda qeyd olunub ki, müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır: "Qeyd olunan qayda pozuntularına qarşı inzibati tənbeh tədbirinin görülməsi AYNA-nın səlahiyyətinə aid olmasa da, sözügedən marşrut xətti üzrə daşıyıcıya tərəfimizdən xəbərdarlıq edilib. Daşıyıcıya, həmçinin sərnişindaşıma norma və qaydalarına ciddi riayət edilməsi, araşdırma aparılaraq sürücü barədə tədbir görülməsi ilə bağlı tapşırıq verilib". Məhərrəm Əliyev
Mənbə
oxu.az
Oxşar Xəbərlər