Cəmiyyət
Hərbi hissədə təlim keçirildi - Foto
Azərbaycan Ordusunun N hərbi hissəsinin taktiki təlimi keçirilib.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.
Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.
Mənbə
axar.az
Oxşar Xəbərlər