Cəmiyyət

Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

13 Jan 2026, 09:16 2 baxış
Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq
Yanvarın 13-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan saat 13:00-dək Lənkəran şəhərinin ərazisində "Raypo", "Gilan Holdinq" Yaşayış Kompleksləri, Anar Mahmudov, Məhəmməd Əmin Rəsulzadə, Paşa Təhməzov, Vağzal, Şəhidlər xiyabanı küçələri, saat 13:00-dan 16:30-dək Ləvəngi Dairəsi, Su 8 ərazisi, Şəhidlər xiyabanı küçəsinin bir hissəsi və rayonun Girdəni kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər