Siyasət

Zaur Mikayılov: "Hövsan aerasiya qurğusunun yenidən qurulması və dövlət-özəl tərəfdaşlıq potensialının araşdırılması nəzərdə tutulub"

13 Jan 2026, 01:36 1 baxış
Zaur Mikayılov: "Hövsan aerasiya qurğusunun yenidən qurulması və dövlət-özəl tərəfdaşlıq potensialının araşdırılması nəzərdə tutulub"
"Bu günə qədər görülmüş və həmin bu strategiyaya uyğun olaraq görülən işlərdən, Siz də qeyd etdiniz, mən burada dəniz suyunun duzsuzlaşdırılması ilə içməli suyun istehsalı layihəsini qeyd etmək istərdim. Bu, dövlət-özəl tərəfdaşlıq səviyyəsində bu miqyasda hazırlanan ilk layihədir. Layihənin tenderinin qalibi Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti olub və dediyim kimi, Azərbaycanda su sahəsində ilk dövlət-özəl tərəfdaşlıq layihəsidir. Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı ilk dəfə belə bir meqalayihə sayəsində Bakı şəhərində və Abşeron yarımadasında faktiki istifadə olunan suyun 25 faizini təşkil edəcək. Bu da bizim gələcəkdə su təhlükəsizliyimizə çox böyük töhfə verəcək. Bu işlərə artıq başlanılıb, yer seçilib və bizim proqnozumuza görə, 2028-ci ilin sonuna qədər bu məsələnin başa çatdırılması nəzərdə tutulub". Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
"Digər bir layihə Sizin Sərəncamınızla Bakı şəhərinin və Abşeron yarımadasının ən böyük təmizləyici qurğusu olan Hövsan aerasiya qurğusunun modernləşdirilməsi, yenidən qurulması və orada dövlət-özəl tərəfdaşlıq potensialının araşdırılması nəzərdə tutulub. Qeyd edildiyi kimi, bu istiqamətdə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üzrə Asiya İnkişaf Bankı ilə çox yaxından işlər görülüb, artıq texniki-iqtisadi əsaslandırma son mərhələyə çatıb və digər qurumlara da öz rəylərinin verilməsi üçün təqdim olunub. Bu rəylər əsasında da dövlət-özəl tərəfdaşlığı modellərinin dəqiqləşdirilməsi aparılacaq. Bu dəqiqləşdirmələr bitdikdən sonra həmin işlərin də bu ildən başlayaraq tenderlə həyata keçirilməsi nəzərdə tutulub", - deyə Zaur Mikayılov bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər