Cəmiyyət

Bu gün Biləcəridə işıq olmayacaq

12 Jan 2026, 09:42 2 baxış
Bu gün Biləcəridə işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bu barədə Axar.az-a Azərişıq ASC-dən məlumat verilib.


Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək "Embavud" zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər