Cəmiyyət

Azərbaycanda bu qurum işçi axtarır: maaş 4 min manatdır

11 Jan 2026, 21:20 2 baxış
Azərbaycanda bu qurum işçi axtarır: maaş 4 min manatdır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) işçi axtarır.


Axar.az “Yeni Sabah”a istinadla xəbər verir ki, ADNSU-Vorvik Universiteti ikili diplom proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edib.


Proqram rəhbəri ADNSU-da Vorvik Universiteti ilə birgə həyata keçirilən ikili diplom və beynəlxalq proqramlar çərçivəsində “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə tədris prosesinə akademik rəhbərlik edəcək.


Proqram rəhbərinin aylıq maaşı 3500-4000 manatdır.


Sənədlər yanvarın 22-dək qəbul olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər