Digər

Amerikalı məşhur bəstəkar qəzada öldü

11 Jan 2026, 19:08 1 baxış
Amerikalı məşhur bəstəkar qəzada öldü

Amerikalı bəstəkar Qay Mun Kaliforniyada baş verən yol-nəqliyyat hadisəsində 63 yaşında həlak olub.


Axar.az “Nyu York Post" nəşrinə istinadən xəbər verir ki, Mun cümə axşamı səhər saatlarında Los-Anceles dairəsində qəzaya uğrayıb və aldığı xəsarətlərdən ölüb.


Munun bəstələdiyi musiqilər "Nickelodeon" telekanalının bir çox layihələrində, o cümlədən "Süngər Bob Kvadrat Şalvar" və "Sehrli valideynlər" cizgi seriallarında səslənib. Qeyd olunur ki, bəstəkar həmçinin 2002-2004-cü illər ərzində dörd dəfə "Emmi" mükafatına namizəd göstərilib".


Ümumilikdə o, 70-ə yaxın musiqi əsərinin ərsəyə gəlməsində iştirak edib.

Mənbə axar.az

Oxşar Xəbərlər