Cəmiyyət

Xəzərdə görünən naməlum varlıq nədir? - Video

11 Nov 2026, 10:52 1 baxış
Xəzərdə görünən naməlum varlıq nədir? - Video

Azərbaycan mediasında “Xəzərdə naməlum varlıq göründü” başlıqlı xəbər yayılıb. Lakin görüntülərin 2024-cü ildə çəkildiyi bildirilib. İddia edilir ki, kadrlardakı naməlum varlıq balinadır.


Bəs naməlum məxluq olduğu deyilən canlı əslində nədir?


Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bunun COP29 öncəsi baş verən hadisə olduğunu deyib.


“COP29-da diqqət çəkmək, təbiətin, canlıların, xüsusən də dəniz canlılarının qorunmasına diqqət yönəltmək üçün belə bir addım atılmışdı. Orada heç bir mif, qeyri-adi və ya naməlum varlıq yoxdur. Sadəcə, hazırlanmış balina maketidir. Bakı bulvarında guya belə bir varlıq üzə çıxmışdı, sonra bəlli oldu ki, maketdir”, - o qeyd edib.


Ekoloq görüntülərin yenidən yayılmasının səbəbini belə izah edib:


“Türkiyənin Antalya şəhərində COP31-in açılışı olub. Bununla bağlı məsələ yenidən yayılıb. Fikrimcə, COP31 ərəfəsi videonun gündəmə gətirilməsi də təsadüfi deyil. Burada qeyri-adi heç nə yoxdur. Təbiət, canlılar qorunmalıdır”.


Mənbə axar.az

Oxşar Xəbərlər