Cəmiyyət

Xaçmazda 59 yaşlı kişini qatar vurub öldürdü

11 Jan 2026, 17:36 2 baxış
Xaçmazda 59 yaşlı kişini qatar vurub öldürdü
Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndi ərazisində qeydə alınıb. Bildirilib ki, dəmiryolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladovu qatar vurub. Ağır bədən xəsarətləri alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər