Digər

Pakistanda dəhşətli faciə: bəy və gəlin öldü

11 Jan 2026, 16:21 1 baxış
Pakistanda dəhşətli faciə: bəy və gəlin öldü

Pakistanın paytaxtı İslamabadda toy şənliyi zamanı qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, 12 nəfər yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.


Məlumata görə, şənlik keçirilən şəxsi evdə baş verən partlayışda bəy və gəlin də ölüb.


Yaralılar ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.


Bu hadisə ilə bağlı araşdırma başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər