Digər

İranda başkəsənlər vəziyyəti ələ keçirib - Laricani

11 Jan 2026, 15:09 1 baxış
İranda başkəsənlər vəziyyəti ələ keçirib - Laricani

İqtisadi etirazlarla əlaqəsi olmayan zorakı, mütəşəkkil bir qrup vəziyyəti ələ keçirib.


Axar.az xəbər verir ki, bunu İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.


“Onlar iğtişaşlardan istifadə edərək İŞİD taktikasına bənzər qəddar hərəkətlər - qətllər, yandırmalar və baş kəsmələr törətdilər. Bu cür vəhşiliklərin əsl etirazla heç bir əlaqəsi yoxdur”, - Laricani bildirib.


Qeyd edək ki, İranda iqtisadi vəziyyətə görə kütləvi aksiyalar davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər