Cəmiyyət

Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərildi

11 Jan 2026, 15:45 2 baxış
Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərildi

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.


Axar.az xəbər verir ki, 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.


Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.


Qeyd edək ki, 2 gün öncə 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilmişdi.


Azərbaycandan ilk yanacaq isə Ermənistana 18 dekabr 2025-ci ildə yola salınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər