Digər

Yəməndə hökumət bu şəhəri nəzarətə götürdü

11 Jan 2026, 12:06 1 baxış
Yəməndə hökumət bu şəhəri nəzarətə götürdü

Yəmən hökumət qüvvələri ölkənin cənub və şərq əyalətlərindəki hərbi düşərgələri, o cümlədən Ədən şəhərini nəzarətə götürüb.


Axar.az xəbər verir ki, bu barədə Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi xalqa müraciətində bildirib.


“Dövlət başçısı və silahlı qüvvələrin ali komandanı olaraq sizi əmin etmək istəyirəm ki, Hadramaut və Əl-Mahra əyalətlərindəki, Ədəndəki və digər azad edilmiş bölgələrdəki hərbi düşərgələrin ələ keçirilməsi əməliyyatı uğurla başa çatıb. Bu çətin qərarlar güc nümayişi naminə deyil, vətəndaşları, dövlətin hüquqi statusunu və konstitusiya əsaslarının qorunması üçün qəbul edilib”, - Alimi qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər