Cəmiyyət

Sabahın hava proqnozu açıqlandı

11 Jan 2026, 12:42 2 baxış
Sabahın hava proqnozu açıqlandı

Yanvarın 12-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiyada Xidmətindən Axar.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.


Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 11-16° isti olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər