Digər

Bu ölkə tamamilə Rusiya qazına keçdi

10 Jan 2026, 23:56 1 baxış
Bu ölkə tamamilə Rusiya qazına keçdi

Ötən ilin yanvar-oktyabr ayları ərzində Qırğızıstan Rusiyadan 385,6 milyon kubmetr təbii qaz idxal edib.


Axar.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.


Məlumata görə, Rusiyanın Qırğızıstan Respublikasındakı səfiri Sergey Vakunov qeyd edib ki, Moskva Bişkekə maksimum kömək göstərməyə çalışır. Qaz təchizatı rüsumsuz davam edir və indikativ balans daxilində yanacaq-sürtkü materialları təchizatı Qırğızıstanın ehtiyaclarının təxminən 90%-ni ödəyir.

Mənbə axar.az

Oxşar Xəbərlər