Digər

Netanyahu Tokayevə zəng etdi, təşəkkür etdi

10 Jan 2026, 21:39 1 baxış
Netanyahu Tokayevə zəng etdi, təşəkkür etdi

İsrailin təşəbbüsü ilə yanvarın 10-da Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.


Axar.az xəbər verir ki, bu barədə “Zakon.kz” məlumat yayıb.


Məlumata görə, tərəflər Qazaxıstan və İsrail arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlığın inkişafından böyük məmnunluq bildiriblər:


"Liderlər geniş spektrli ikitərəfli və çoxtərəfli məsələlər üzrə əməkdaşlığı daha da dərinləşdirmək üçün qarşılıqlı öhdəliklərini bir daha təsdiqləyiblər. Benyamin Netanyahu Qazaxıstanın İbrahim Sazişlərinə qoşulmaq qərarına görə Qasım-Jomart Tokayevə dərin minnətdarlığını qeyd edib".

Mənbə axar.az

Oxşar Xəbərlər