Digər

İran Konstitusiya Şurasının müşahidəçisi öldürüldü

10 Jan 2026, 16:42 1 baxış
İran Konstitusiya Şurasının müşahidəçisi öldürüldü

İranda baş verən son etiraz aksiyaları zamanı Konstitusiya Müdafiə Şurasının müşahidəçilərindən biri öldürülüb.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran Konstitusiya Şurasının sözçüsü Hadi Tahan Nazif ölkədəki son hadisələrlə bağlı danışarkən deyib.


O bildirib ki, Qəzvində Şuranın müşahidəçilərindən biri iğtişaşlar zamanı həyatını itirib.


Tahan Nazif etirazlar zamanı baş verən zorakılıqları və vandalizm aktlarını pisləyərək, hadisələrin arxasında "gizli əllər" və düşmən qüvvələrin dayandığını vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər