Siyasət

KİV: İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək

10 Jan 2026, 13:36 5 baxış
KİV: İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək. Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə "AIA Global" saytı məlumat yayıb. "Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək", - İsrail mənbəsi bildirib. "Bu səfər Qərb və İsrail analitiklərinin artan diqqəti fonunda baş verir, onlar tez-tez Bakını "Mərkəzi Asiyaya qapı" adlandırırlar", - məlumatda qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər