Digər

Dünyanın ən böyük aysberqi bir neçə günə parçalanacaq

10 Jan 2026, 01:25 4 baxış
Dünyanın ən böyük aysberqi bir neçə günə parçalanacaq

Sahəsi tədricən kiçildiyinə görə planetin ən böyük aysberqi statusunu itirən A23a aysberqi günlər və ya həftələr ərzində parçalana bilər.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) məlumat yayıb.


2025-ci ilin dekabr ayında Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) alimlərinin təxminən 40 ildir izlədiyi A23a aysberqinin orijinal sahəsinin 67%-ni itirdiyi açıqlandı.


Agentlik əlavə edir ki, aysberq hazırda Cənubi Amerikanın cənub-şərqində, Cənubi Atlantik okeanında hərəkət edir.


A23a aysberqi 1986-cı ildə “Filchner” buz şelfindən çıxıb. Yarandığı zaman 4170 kvadrat kilometr ərazini əhatə edirdi. 30 ildən çoxdur ki, mərkəzi Ueddell dənizində quruda qalıb. 2023-cü ilin noyabr ayının ortalarında "oyanıb" yenidən hərəkət etməyə başlayıb. 2024-cü ilin yazında gözlənilmədən Antarktida yarımadasının sahili boyunca Şotlandiya dənizinə doğru üzməyə başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər