Siyasət

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon dollar qənaət edəcək

10 Jan 2026, 01:36 1 baxış
Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon dollar qənaət edəcək

Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri artıq hiss olunur, ilin sonuna qədər Ermənistan təxminən 16 milyard dram (təqribən 2,6 milyon ABŞ dolları) qənaət edəcək.


Axar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanın İctimai Televiziyasının efirində bəyan edib.


O vurğulayıb ki, Azərbaycan benzininin idxalı birdəfəlik təşəbbüs deyil:


"Bu, uzunmüddətli və dayanıqlı prosesdir".


Yanacağın Gürcüstan ərazisindən tranziti barədə danışan Papoyan qeyd edib ki, Tiflis münasib və aşağı tarif təklif edib, buna görə də yanacaq qiymətlərinin artımı gözlənilmir.


Xatırladaq ki, 9 yanvar tarixində Azərbaycan Ermənistana ikinci neft məhsulları partiyasını göndərib.

Mənbə axar.az

Oxşar Xəbərlər