Cəmiyyət
Bakıda bina tikintisi stadionu məhv etdi - Video
Bakıda bünövrə qazıntısı zamanı ətrafdakı binalar silkələnib, yaxınlıqdakı məktəbin stadionu isə zədələnib.
Axar.az xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsinin sakinləri iddia edir ki, "Etibarlı" MTK tərəfindən tikintisi aparılan yaşayış binasının bünövrə çalasının qazıntısı 27-ci binanın bütün mənzillərində hiss olunur.
Sakinlər bildirir ki, yeni inşa olunan binanın bünövrəsi məktəbin stadionuna bitişik olduğundan artıq idman meydançasına da giriş məhdudlaşdırılıb.
Daha ətraflı Xəzər TV-nin süjetində:
Mənbə
axar.az
Oxşar Xəbərlər