Cəmiyyət
Qaraçuxurda binanın zirzəmisini su basdı: "Şikayətimizə reaksiya verilmir" - Video
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində binanın zirzəmisinin su altında qalması sakinlərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub.
Sakin bildirib ki, məhəllə 4048, bina 3-ün zirzəmisini su basıb. Onun sözlərinə görə, problem bir müddətdir davam etsə də, aidiyyəti qurumlara edilən müraciətlər nəticəsiz qalıb. "Zirzəmi bu gündədir. Heç bir qurum da şikayətlərimizə reaksiya vermir", - deyə sakin bildirib.

Mənbə
oxu.az