Cəmiyyət

Mətbuat Şurasının Dil Komissiyasının tərkibi təsdiqlənib

09 Jan 2026, 15:34 2 baxış
Mətbuat Şurasının Dil Komissiyasının tərkibi təsdiqlənib
Mətbuat Şurasının Dil Komissiyasının tərkibi genişləndirilib. Oxu.Az xəbər verir ki, bu barədə Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclasında məlumat verilib. Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, komissiyanın sədr müavini "525-ci qəzet"in baş redaktorunun müavini Seyfəddin Hüseynlinin olması təklif edilib. Həmçinin komissiyanın katibliyinə Nadir Yalçın təklif edilib. Bundan başqa, televiziya işçiləri - Nərgiz Cəlilova, Vüsalə Məmmədova, Tofiq Hacıyev, Rəhim Heydərov, Tofiq Aydınoğlunun yeni tərkibə daxil olunması müzakirəyə çıxarılıb. Yekunda məsələ Mətbuat Şurasının idarə heyətinin razılığı ilə təsdiqlənib. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər