Digər
Gürcüstan AB sammitində iştirakdan imtina etdi
Tiflis noyabrın 16-da Brüsseldə keçiriləcək AB-nin genişlənmə məsələlərinə dair sammitində iştirakdan imtina edib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb təşkilatçıların ölkəni sammitdə yalnız AB-dəki səfir səviyyəsində təmsil olunmağa dəvət etməsi olub:
“Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək tədbirdə, o cümlədən əlaqələndirmə məsələlərinə dair nazirlər sammitində iştirak etmək üçün müvafiq səviyyədə dəvət almayıb. Bu səbəbdən Gürcüstan nümayəndəsi qeyd olunan görüşdə iştirak etməyəcək”.
Mənbə
axar.az