Cəmiyyət

Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video

09 Jan 2026, 15:40 2 baxış
Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb.


Axar.az xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.


Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

Mənbə axar.az

Oxşar Xəbərlər