Digər

Donetsk və Krımda rusların logistika obyektləri vuruldu

09 Jan 2026, 01:26 1 baxış
Donetsk və Krımda rusların logistika obyektləri vuruldu

Ukrayna ordusu Donetsk vilayəti və Krım ərazisində işğalçıların logistika obyektlərini vurublar.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.


Məlumata görə, Ukrayna ordusu Krımında yerləşən “Qvardeyskoye” neft bazasına zərbə endirib. Dəyən ziyanın miqyası dəqiqləşdirilir.


Bundan əlavə, Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Donetsk vilayətində, Qorne yaşayış məntəqəsi ərazisində işğalçıların təmir bölməsinin yerləşdiyi məkanı da vurublar.


Qeyd edilib ki, zərbə rusların Orexov istiqamətində döyüş qabiliyyətini azaltmaq məqsədilə endirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər