Cəmiyyət

Bu rayonda qaz olmayacaq

08 Jan 2026, 23:40 2 baxış
Bu rayonda qaz olmayacaq

Sabah Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq.


Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.


Belə ki, təmir-bərpa işləri ilə əlaqədar Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7-ci ,8-ci, 9-cu Sallaqxana küçələrinin qaz təchizatında yanvarın 9-da saat 10:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər