Cəmiyyət

30 yaşlı polkovnik Kənan Əsədova yüksək VƏZİFƏ VERİLDİ - Generaldan TƏYİNAT

08 Jan 2026, 18:42 2 baxış
30 yaşlı polkovnik Kənan Əsədova yüksək VƏZİFƏ VERİLDİ - Generaldan TƏYİNAT
Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyinat olub. Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Kənan Elmar oğlu Əsədov DGK-nin aparat rəhbəri təyin edilib. 30 yaşlı K.Əsədov 2023-ci ilin oktyabr ayından aparat rəhbərinin müavini vəzifəsində işləyirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər