Cəmiyyət
Metronun "Nəsimi" stansiyasının çıxışındakı TƏHLÜKƏLİ VƏZİYYƏT aradan qaldırıldı
"Bakının Binəqədi rayonunda, Svetlana Məmmədova küçəsində yaranan problem artıq aradan qaldırılıb". Bunu Oxu.Az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib:
"Svetlana Məmmədova küçəsində yağıntılardan sonra meydana gələn problemin həlli üçün əraziyə müvafiq işçi qüvvələrimiz cəlb olunub. Artıq orada hərəkətin təhlükəsizliyi bərpa edilib".
Xatırladaq ki, ötən gün metronun "Nəsimi" stansiyasının çıxışındakı küçədə yolun müxtəlif hissələrində yağıntılardan sonra iri və təhlükəli çuxurlar əmələ gəlməsi barədə məlumat vermişdik. Əzizə İsmayılova

Mənbə
oxu.az