Cəmiyyət

Azərbaycanlı gəmi kapitanı Türkiyədə öldü - Foto

08 Jan 2026, 16:03 2 baxış
Azərbaycanlı gəmi kapitanı Türkiyədə öldü - Foto

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin Xəzər Dəniz Neft Donanması idarəsində gəmi kapitanı vəzifəsində çalışan Zaur Mustafayev vəfat edib.


Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, onun Türkiyədə vəfat etdiyi bildirilir.


Zaur Mustafayevin ölüm səbəbi hələlik məlum deyil.


Qeyd edək ki, Z. Mustafayev 1976-cı ildə Biləsuvar rayonu Ağalıkənd kəndində doğulub. O, uzun illər Xəzər Dəniz Neft Donanma idarəsinin bir çox gəmilərində işləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər