Digər

Tramp Kolumbiya prezidenti ilə danışdı

08 Jan 2026, 10:35 1 baxış
Tramp Kolumbiya prezidenti ilə danışdı

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında ilk telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” səhifəsində məlumat verib.


"Qustavo Petro ilə danışmaq böyük şərəf idi. O, narkotiklərlə bağlı vəziyyəti və yaşadığımız digər fikir ayrılıqlarını izah etmək üçün zəng edib. Mən onun zəng və tonunu yüksək qiymətləndirdim və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm", - Tramp bildirib.


Onlar tezliklə Ağ Evdə təkbətək görüş təşkil etməyə razılaşıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər