Digər

Qrenlandiyanı ilhaq etsək, Rusiya və Çin.. - ABŞ

07 Jan 2026, 23:54 1 baxış
Qrenlandiyanı ilhaq etsək, Rusiya və Çin.. - ABŞ

ABŞ Qrenlandiyanı ilhaq etməklə Arktika üzərində daha çox nəzarət əldə edə biləcəyinə inanır.


Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt 7 yanvar tarixində keçirilən müntəzəm brifinqdə bildirib.


Brifinq zamanı Vaşinqtonun indi yalnız adaya çıxışı deyil, həm də hərbi bazalar qurmaq imkanına malik olduğu qeyd edilib və ABŞ-ın Qrenlandiyanı ilhaq etməkdən nə qazanacağı soruşulub.


Ağ Evin mətbuat katibi öz növbəsində "Arktika bölgəsi üzərində daha çox nəzarət" cavabını verib.


“Vaşinqtonun Qrenlandiya üzərində tam nəzarəti ABŞ-a Çin, Rusiya və düşmənlərinin bu vacib və strateji bölgədə təcavüzlərini davam etdirə bilməmələrini təmin etməyə imkan verəcək. Bunun bir çox başqa faydaları da var", - deyə o əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər