Siyasət

Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

07 Jan 2026, 17:35 1 baxış
Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib
Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə Novruzov Cahangir Mütəllib oğlu "Şöhrət" ordeni ilə Aşina Məsud Rüstəm oğlu "Dostluq" ordeni ilə Acar Ziya Zakir Musa oğlu "Tərəqqi" medalı ilə Alaferdov Akif Qədir oğlu Kələntər Xəlil Əliməmməd oğlu Kərimova Sevinc Kərim qızı Pənahova Fəridə Fərhad qızı Siracov Bəxtiyar Tahir oğlu Zeynalova Xədicə Əbdülrəhim qızı.
Mənbə oxu.az

Oxşar Xəbərlər