Siyasət

2025-ci ildə xaricdə döyüşmüş altı nəfər saxlanılıb

07 Jan 2026, 17:38 1 baxış
2025-ci ildə xaricdə döyüşmüş altı nəfər saxlanılıb
2025-ci ildə Dövlət Sərhəd Xidməti (DSX) terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş altı nəfəri saxlayıb. Oxu.Az xəbər verir ki, bu barədə DSX-də 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində qeyd olunub. Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla səkkiz, qeyri-qanuni miqrasiya ilə 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Vurğulanıb ki, DSX-nin struktur qurumları tərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitə, 78 457 ədəd psixotrop tərkibli və güclü təsiredici həb məhv edilib. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər