Siyasət
Ötən il dövlət sərhədini pozduğuna görə 516 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) 2025-ci ildə dövlət sərhədini pozduğuna görə 516 nəfəri saxlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində qeyd olunub. Bildirilib ki, sərhəd rejimini pozduğuna görə 1 226, axtarışda olan 3 922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə səkkiz, dövlət sərhədindən və buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən altı nəfər saxlanılıb. Məlik Məlikov
Mənbə
oxu.az
Oxşar Xəbərlər