Digər

Kabayeva Putindən daha təhlükəsiz yerə köçməyi istəyib

07 Jan 2026, 17:04 1 baxış
Kabayeva Putindən daha təhlükəsiz yerə köçməyi istəyib

Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum xəbərindən sonra Alina Kabaeva Vladimir Putindən onu və uşaqlarını daha təhlükəsiz bir yerə yerləşdirməsini istəyib.


Axar.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Federal Mühafizə Xidmətindəki mənbəyə istinadla məlumat yayıb.


“Putin Kabayevanın köçürülmə istəyi ilə bağlı qərar verməyib və bununla da Rusiyada gündəlik yaşayış üçün daha təhlükəsiz yerlərin mövcud olmaya biləcəyini açıq şəkildə bildirib”, - məlumatda qeyd olunub.


Qeyd edək ki, Rusiya Ukraynanın dekabrın 29-na keçən gecə Prezident Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd PUA ilə hücum etdiyini bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər