Siyasət
Azərbaycanın yaşıl enerji potensialı: "Çinin ölkəmizdə istehsal müəssisələri yaratması arzuolunandır"
"Hazırda xarici investorların Azərbaycanda alternativ enerji sahəsinə marağı böyükdür". Bu fikirləri Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Çinin Azərbaycanda mümkün investisiya layihələrini şərh edərkən deyib. O bildirib ki, sərmayəçilər bazara daxil olmamışdan əvvəl məhsulu sata biləcəyi auditoriyanı müəyyənləşdirirlər:
"İnvestisiyanın hansı sahəyə yönəldiləcəyini biz koordinasiya edə bilmərik, sadəcə təkliflər veririk. Hazırkı mərhələdə alternativ enerjiyə maraq formalaşıb. İnvestorlar sərmayə qoymazdan əvvəl məhsulu hara sata biləcəklərini dəqiqləşdirirlər. Onlar bu sahədən qazanc əldə edib-etməyəcəklərini hesablayırlar. Ölkə olaraq bizim üçün önəmlidir ki, xarici tərəfdaşlar qeyri-neft sektoruna və infrastruktur sahələrinə investisiya qoysunlar. Bu istiqamətlər strateji əhəmiyyət daşıyır. Arzuolunandır ki, Çin Azərbaycanda istehsal müəssisələri yaratsın. Qeyri-neft sektoru və bərpaolunan enerji sahələri ciddi şəkildə inkişaf etməlidir. Düzdür, bu istiqamətdə müəyyən addımlar atılıb, lakin bu, yetərli deyil. Əlavə işlərin görülməsi vacibdir". Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Hikmət Babaoğlu isə Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ölkə ilə hərtərəfli əlaqələrin inkişafı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir:
"Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Çin münasibətlərindən ayrıca bəhs etdi. Çin dünya siyasətini müəyyən edən əsas güc mərkəzlərindən biridir. Sözügedən ölkə müasir texnologiyalar, investisiya və innovasiya sahəsində böyük potensiala malikdir. Dövlət başçısı da bu kontekstdə iki mühüm istiqamətə toxundu. Bunlardan biri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanat, digəri isə strateji tərəfdaşlığın qurulması ilə bağlı Birgə Bəyannamədir. Prezident İlham Əliyev yaşıl enerjiyə keçid məsələsində də Azərbaycanın əsas tərəfdaşlarından biri kimi Çinin adını çəkdi. Bu sahə gələcəyin enerjisidir. Məhz buna görə də Çinlə əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır". Məlik Məlikov

Mənbə
oxu.az
Oxşar Xəbərlər