Cəmiyyət

ADU-da qış imtahan sessiyası başladı

06 Jan 2026, 19:41 2 baxış
ADU-da qış imtahan sessiyası başladı

Azərbaycan Dillər Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası keçirilir. Sessiya ADU-nun rektoru akad. Kamal Abdullayevin 16 dekabr 2025-ci il 137 №-li əmrinə əsasən 29 dekabr 2025-ci il tarixindən başlayaraq 5 həftə müddətinə əyani formada təşkil olunur.


Axar.az xəbər verir ki, imtahanlar dörd növbədə (bakalavriat səviyyəsi üzrə imtahanlar saat 09:00-17:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 18:00-20:00-dək) təşkil olunur.


Sessiya ərzində bakalavriat səviyyəsində 531 qrup üzrə 7000-ə qədər, magistratura səviyyəsində isə 49 ixtisaslaşma üzrə 655 tələbə imtahan verəcək.


Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər