Cəmiyyət

Direktor müavinini işdən çıxardı

06 Jan 2026, 17:50 1 baxış
Direktor müavinini işdən çıxardı
"Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxarılıb. Oxu.Az Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb. Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib. Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı. O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi.
Mənbə oxu.az

Oxşar Xəbərlər