Cəmiyyət

AQTA sədri fəlsəfə doktoruna yüksək vəzifə verdi - Foto

06 Jan 2026, 17:28 1 baxış
AQTA sədri fəlsəfə doktoruna yüksək vəzifə verdi - Foto

Elmar Allahverdiyev Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri - respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib.


Axar.az xəbər verir ki, bununla bağlı AQTA-nın sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayılb.


Qeyd edək ki, E.Allahverdiyev aqrar elmlər üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2011-ci ildə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda mexanik, böyük laborant, təsərrüfat işləri üzrə qrup rəhbəri, təsərrüfat işləri və istehsalat üzrə direktor müavini vəzifələrində çalışıb. E.Allahverdiyev 2018-ci ildən İnstitutun İdarə heyətinin sədri vəzifəsində çalışıb.

Mənbə axar.az

Oxşar Xəbərlər